Azərbaycanda koronavirusa daha çox bu zonanın əhalisi yoluxub
Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərin statistikasını açıqlayıb.
Nazirin müavini Viktor Qasımov bildirib ki, onlardan 30-a yaxın şəxs xaricdən gələnlərdir, qalanı ölkə daxilində yayılanlardır. Xəstəliyə tutulanların əksəriyyəti cənub zonasındandır:
“Çünki bildiyiniz kimi sərhədlər, xüsusilə İranla hələ ki tam bağlanmamışdı. Ona görə müəyyən qədər soydaşlarımız ölkəyə daxil olmuşdu. Onlar arasında çox güman ki, xəstəlik gəzdirənlər də var idi. Biz də testləşmə nəticəsində bu halları müəyyən edirik”.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qeyd edib ki, xəstələrin sayı onları bölgələrə ayırmağa əsas vermir: “61 xəstə var və onlardan çoxu bu yaxınlarda sağalıb evə buraxılacaq”.
Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev bildirib ki, ilk günlərdə əsasən əcnəbilər və xaricdə yaşayan Azərbaycan vətəndaşlarında virus aşkar edilmişdi: “Bununla bağlı da ölkəmiz tərəfindən qonşu dövlətlərlə qarşılıqlı razılıq əsasında sərhədlərin bağlanması istiqamətində tədbirlər həyata keçirildi. Elektron vizaların verilməsi dayandırıldı. Bütün bu kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirusun kütləvi şəkildə yayılmasının qarşısının alınması mümkün olub. Xaricdən gələn Azərbaycan vətəndaşlarında bu hala rast gəlindi. Amma burada heç bir ayrıseçkilik yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Soğan bahalaşdı - Alma qiymətinə alacaqsınız...
İranda öldürülən Nəcəfi bu videosu ilə gündəm olmuşdu...
Biznesdən vəzifəyə gedən yol - Azərbaycanın “biznesmen” məmurları
Futbolçunun ayağı belə qırıldı - Hər kəs şoka düşdü (FOTO, VİDEO)
Ermənistan prezidenti başqa ölkənin vətəndaşı imiş
“Altında maşınlar, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir?”