Azərbaycanda keçmiş icra başçısı vəfat edib
Sumqayıt şəhərinin sabiq icra başçısı vəfat edib.
Minval.info ONA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını dəyişib. T.Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək ki, T.Məmmədov 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışıb. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi “Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt şəhər sovetinin və Ali Sovetin deputatı olub.
2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı