Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ: sahibkarı müdafiə etdiyinə görə öldürüldü
Quba rayonunda qətl törədilib.
Publika.az xəbər verir ki, iyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, araşdırma aparılır.
İlkin araşdırmalar zamanı məlum olub ki, C.Əhmədxanov dostu ilə kafedə xeyli vaxt oturub. Kafe sahibi ona xeyli vaxtdır yeri məşğul etdiyini deyib və masanı boşaltmasını xahiş edib. Lakin C.Əhmədxanov kafe sahibinin sözünə əməl etməyib və onunla mübahisə etməyə başlayıb. Bu zaman digər masada olan 30 yaşlı Babək həmin şəxsə sakit olmasını bildirib. Daha əvvəl də həbsxana həyatı yaşamış Əhmədxanov Babəkin sözünə əsəbiləşib və onunla dava etməyə başlayıb. O, üzərində gəzdirdiyi bıçaqla kafe sahibini müdafiə edən şəxsə ağır xəsarət yetirərək onu qətlə yetirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı