Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı — FOTO
Qobustan rayonunun Poladlı kəndində yağan güclü yağışdan sonra dağlardan gələn sel suları sakinlərə böyük ziyan vurub.“Minval.info” APA-ya istinadla xəbər verir ki, iyulun 11-də axşam saatlarında kəndə gələn güclü sel nəticəsində 20-dən çox fərdi yaşayış evini su basıb, ev quşları tələf olub, kəndin daxili yolları dağılaraq bərbad vəziyyətə düşüb, daxili küçələri qalın lil qatı örtüb.
Sel suları Pirsaat çayı üzərindəki kiçik körpünü dağıdıb, böyük körpünün bir dirəyini uçurub, kənd icra nümayəndəsinin müavininə məxsus “QAZ 3110” markalı minik avtomobili su altında qalıb. Təbii fəlakət zamanı kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.
Rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxış keçirib, vətəndaşların müraciətini dinləyiblər. Kənddə selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə zorlanan qadın intihar edib
Qaxda gənc oğlan göbələkdən zəhərləndi
Salyanda avtomobillə motosiklet toqquşub, ölən var
Azərbaycan çempionu bıçaqlandı - Vəziyyəti ağırdır
“Gənclik mall”da insident
Azərbaycanda 2 hektar sahədə 1 ton narkotik bitki aşkarlandı