Azərbaycanda heyvanlara qarşı vəhşilik

İsmayıllı rayonunda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib.
“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Girk kəndində qeydə alınıb.
Belə ki, 40 başa yaxın heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında süd vəziləri kəsilib. Kənd sakinləri bu hadisənin, ilk növbədə, hər hansı bir xəstəlik səbəbindən baş verdiyini hesab edərək İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət ediblər. Baytarlar heyvanlara baxış keçirdikdən sonra bunun hansısa xəstəlik deyil, qəsdən törədilmiş əməl olduğunu müəyyənləşdiriblər. İsmayıllı rayon Baytarlıq idarəsi həmin heyvanlara lazımi yardım göstərərək nəzarətə götürüb.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər