Azərbaycanda dövlət müəssisəsində kütləvi zəhərlənmə – İşçilər huşunu itirdi

Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib.
Minval.İnfo “Report”a istinadən xəbər verir ki, hadisə “Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.
Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri – 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətəndaşlara ödənilmiş ƏDV-nin geri qaytarılması qaydası təsdiqləndi
İstirahət günləri üçün hava proqnozu
Qobustanda insan sümükləri aşkarlanıb
Prezident İlham Əliyevdən yeni nazir müavini təyinatı
Şamaxıda ana doğuşdan sonra öldü
Bakıda dərsə vertolyotla gedən müəllim - FOTO
Sabahın hava proqnozu açıqlanıb