28.02.2019 - 15:41
Səhiyyə
26 baxış
Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir – Məşhur həkim
Azərbaycanda uşaqdan böyüyə əksəriyyətin sevimli qidası, çoxunun isə yemək yox, içkisi hesab olunan dovğa faydalı olması ilə yanaşı mədə-bağırsaq sistemində bir sıra problemlər, xüsusən köp yaradır.Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış həkim Seyfəddin Əsəd Azərbaycanda dovğanın səhv bişirildiyini, ona görə səhhətə zərərli olduğunu bildirib.
Medicina.az-a açıqlamasında həkim ən düzgün dovğanın İranda bişirildiyinin şahidi olduğunu deyib.
“Orda bir dovğa yedim – ləzzətli və sağlam idi. Deməli, bizim şomu dediyimiz ispanağı suda bişirir, süzür, əzirlər. Qatığı sadəcə taxta qaşıqla yaxşıca qarışdırırlar. Sonra ona bu bişmiş şomunu qatıb yeyirlər. İçində düyü, yumurta yox idi. Çox da ləzzətli, faydalı dovğa idi”.
Həkim dünyada yalnız Azərbaycanda bişmiş süddən qoyulan qatığın yenidən bişirildiyini bildirib: “Bununla da süddə olan bütün faydalı maddələr itib gedir. Ölü qatığın nəyə xeyri ola bilər? Ona görə xəstələr dovğa yeyəndən sonra köpdən, baş ağrısından şikayətlənirlər.
Dovğa bişirmək istəyirsizsə, qatığı qaynatmayın. Düyünü, istənilən göyərtiləri, lap yumurtanı da qatmaq istəyirsizsə, ayrıca bişirib əlavə edin, amma qatığı bişirməyin”
Açar sözlər:
#həkim Seyfəddin Əsəd
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
11.10.2026 - 14:04
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
09.10.2026 - 13:18
Gənc nəsildə xərçəng halları artacaq
07.10.2026 - 16:22
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
07.10.2026 - 08:54
Bu halda isti vanna qəbul etmək olmaz
06.10.2026 - 18:05
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
06.10.2026 - 17:37
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
06.10.2026 - 14:07
Nyu-Yorkda qızılca halları artdığı üçün fövqəladə vəziyyət elan edildi
06.10.2026 - 09:13