Azərbaycanda “DOST” mərkəzləri yaradılır
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bundan başqa, sərəncamda “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçiriləcəyi vurğulanır.
Qeyd olunan məsələlərin həlli məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Azərsu" ağacları susuz qoyduğu üçün məhkəməyə verilir
"O xanımları işə götürməyən şirkət sahibləri şərəfsizdir" - Kamil Zeynallı
Azərbaycanda daha bir toyqabağı faciə – Nişanlı oğlan özünü öldürdü
Bakıda hadisə - Polis özünü güllələdi
BNA 2 həftəyə 50 mindən çox sürücünü cərimələdi
Sabah Bakıda qar yağacaq