Azərbaycanda daha bir məşhur müğənninin adı insan alverində hallanır
Tanınmş müğənni Günel Ələkbərovanın da Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb.
Minval.İnfo azxeber.com-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. Sözügedən sayt məsələni aydınlaşdırmaq üçün müğənninin özü ilə əlaqə saxlayıb.
Günel belə bir hadisənin baş vermədiyini qeyd edib: “Bu, düz məlumat deyil. Belə işlərdə mənim adımı hallanması düzgün deyil. Məni heç bir yerə çağırmayıblar. Mənim Təranə Səmədova ilə keçmişdə iş birliyim olub. Bu, o demək deyil ki, mənim də bu işdə əlim var. Bu xəbəri kim çıxarıbsa, ənkə böyüyünün ağzi ilə qələt edir. Belə çirkab işlərdə kimlərinsə mənim adımı hallandırması yol verilməzdi. Mən yoldan keçən insan deyiləm, ailəliyəm, mənim övladım var.
Günel prodüser Təranə ilə aralarının soyuq olduğunu da gizlətməyib. “Mənim kimsəynən inciməklə aram yoxdur. Bakıdır, balaca şəhərdir, hamı bir-birini yaxşı tanıyır. Üz-üzə gəlirik. Əvvəl ARB-də mənim verilişim var idi, indi o, verilişimi aparır. Mənə qarşı düzgün hərəkət olunmadı. Veriliş telekanalın deyildi, prodakşn layihəsi idi. Hazırda telekanalla münasibətlərimiz yaxşıdır. Layihə rəhbəri nə istəyir edirdi. Kiminsə haqqı yoxdur, kiminsə çörəyinə bais olsun. Bu, düzgün addım deyildi. Mən, ümumiyətlə, kinli insan deyiləm. Onun da övladı var, Allah ruzisini versin. Yeganə insanam ki, həftədə bir dəfə veriliş olmasına baxmayaraq 5 sponsorla başladım. İnşallah, yenidən tamaşaçıların qarşısına yeni layihə ilə çıxacam”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi