11.08.2018 - 12:57
Ölkə
1 baxış
Azərbaycanda daha 4 fermer tutuldu -
Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanıb.
Yanğınların qarşısı alınıb, xəsarət alan olmayıb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.
Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə ediliblər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qubada yeyib-içmək məclisi təşkil edən 5 gənc saxlanıldı
20.04.2020 - 16:06
Bakıda hazırda bu yollarda tıxac var - Xəbərdarlıq
19.02.2019 - 19:57
Bakıda sıxlıq olan yollar - SİYAHI
03.10.2022 - 09:59
Xəzərdə sunami ola bilər
06.10.2018 - 23:20
Vilayət Eyvazov iki rəis təyin etdi
30.09.2019 - 15:31
Şəhidimiz Neftçalada dəfn olundu
20.01.2018 - 12:16
Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? - Kim hansı qiymətə istəyir satır
06.07.2022 - 12:44