21.04.2018 - 14:49
Ölkə 3 baxış

Azərbaycanda dəhşətli QƏZA: ölən və yaralananlar var

Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minval.İnfo Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi “Mutsubishi” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: