Azərbaycanda dəhşətli hadisədə 3 nəfər öldü - Adlar
Lahıcda avtomobil yol kənarına aşıb.
Minval.info-ya FHN-dən verilən məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Publika.az xəbər verir ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı, 90 HK 850 dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarına aşması nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu ilə yanaşı, daha iki sərnişini ölüb.
Belə ki, sərnişinlər – 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu hadisə yerində vəfat edib. Daha bir sərnişin – 1972-ci il təvəllüdlü Seyifov Təyyar Cilovxan oğlu isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, avtomobil avtomobildə sərnişin kimi əyləşən Kənan Kərimova məxsus olsa da, dostu Ramin Allahverdiyev idarə edirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı