Azərbaycanda dəhşətli hadisə - 10 yaşlı uşaq özünü asdı
B
u gün günorta saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 10 yaşlı uşaq özünü asıb.
Virtualaz.org xəbər verir ki, 2009-cu ildə anadan olmuş uşağı atası heyvanları suvarmaq üçün mal tövləsinə göndəridiyi zaman gec qayıtdığını görüb, arxasınca yollanarkən uşağın özünü tövlədən asdığının şahidi olub.
Uşağı dərhal asıldığı ipdən açan ata onu Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırdığından, həyatını xilas etmək mümükün olub.
Hazırda oğlanın vəziyyəti orta-ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatına təhlükə sovuşsa da, onun beyn oksigen çatışmazlığından əziyyət çəkdiyi deyilir.
Hələlik hadisənin hansı şəraitdə və nə səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı