Azərbaycanda bu maşınlar üçün xüsusi hərəkət zolaqları yaradılacaq
Azərbaycanda iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.
Minval.info-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq, avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək, avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.
Bundan başqa, avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident icra başçısına iradını bildirdi - Fotolar
Prezident İlham Əliyevdən qadınlara 8 Mart hədiyyəsi - SƏRƏNCAM
Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi
Dövlət başçısı: "Azərbaycanda əhalinin 14 faizi vaksinasiya olunub"
Prezident hərbi qulluqçuları təltif etdi - Siyahı
FHN Masallıdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı
Ermənistanın Füzuliyə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib