Azərbaycanda bir sıra cərimələr artırıldı
Azərbaycanda bir sıra cərimələr artırılır.
“Minval.info”-nun Trend-ə istinadən verdiyi məlumata görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir.
Dəyişikliklərə əsasən, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur.
Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır.
Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir.
Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Gənclik Mall" qarşısındakı tıxacın aradan qaldırılması üçün YOL tapıldı
Sergey Lavrov: “Baydenin bəyanatı doğrudursa, dünyada sakitlik olacaq”
Deputatın həbs olunan oğlunun şəkilləri yayıldı – Foto
Kamran Ağayev qəzaya düşdü - Fotolar
İylənmiş kolbasa ilə bağlı "Araz" marketdən açıqlama - FOTO
Çimnaz Sultanova: "Hürməyə davam edin, sümük atan olar!"
