Azərbaycanda baş həkimin evinə edilən hücumun görüntüləri - VİDEO
Baş həkimin evinə hücum olunub, oğlu döyülüb. Hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.
Hadisəyə ilkin səbəb kimi baş həkimin 3 gün əvvəl baş vermiş avtoqəza nəticəsində ağır yaralanmış iki nəfərin paytaxt xəstəxanalarından birinə çatdırılması üçün təcili tibbi yardım maşını verməməsi göstərilir… Elə bu səbəbdən də yaralıların qohumları rayon mərkəzi xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı evə hücum ediblər.
Avtoqəzada xəsarət almış şəxslərin dayısı Elçin Əliyev iddia edir ki, vəziyyətləri ağır olan gənclərlə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralılardan ikisinin Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də, xəstəxanadan verilməyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Baş həkim Natiq Şükürov isə bildirir ki, o, məzuniyyətdə olmağına baxmayaraq, yenə də lazımi tapşırıqlarını verib.
https://youtu.be/wVkpzLuFRSY
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda