Azərbaycanda bağça yaşlı uşaqlar üçün xüsusilə təhlükəli virus yayılıb
“Ehtiyatlı olmalıyıq, hazırda vətəndaşlar arasında yayılmış virus bağça yaşlı uşaqlar üçün təhlükəlidir”.
Bu sözləriBAKU.WS-ə açıqlamasında infeksionist Mərdan Əliyev deyib. O bildirib ki, buna səbəb balacaların belə viruslarla yeni tanış olmağıdır:
“Buna görə də tövsiyə edərdim ki, valideynlər bağça yaşlı uşaqları xəstə olan vaxt 15 gün bağçaya buraxmasınlar”.
Həkimin sözlərinə görə, məktəbli uşaqlar üçün bu elə də ciddi problem sayılmır:
“Payız-qış mövsümündə kəskin respiratur xəstəliklərin sayı artır. Belə virusların sayı 200-ə qədərdir. Ən ağır forması isə qripdir.
Hazırda uşaqlar arasında qızdırma ilə müşayiət edilən boğaz ağrısı, burun tutulması və axması müşahidə edilir. Böyüklərdə isə qızdırma, demək olar ki, qalxmır. Bunların da əsas səbəbi günəşin aktivliyinin azalması, iqlim və hava dəyişkənliyidir. Xəstəliklərdən qorunmağın ən yaxşı yolu otağı mütəmadi havalandırmaqdır”.
İnfeksionist belə vəziyyətlərdə vətəndaşlara qidalanmalarına fikir verməyi, təmiz hava qəbul edib, əyinlərini qalın geyinməyi tövsiyə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq