Azərbaycanda anası qızdırmalı uşağa antibiotik vurdu, öldü
Bərdə rayonunda 4 yaşlı uşaq evdə vəfat edib.
Minval.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, martın 16-da 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlu ölü vəziyyətdə Bərdə Ailə Sağlamlıq Mərkəzinə daxil olub.
Araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məhəmmədin evdə temperaturu qalxıb, anası Aysel Zeynalova ona yan əzələdən inyeksiya yolu ilə dərman vurub. Bundan sonra uşağın vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılarkən yolda ölüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə və hadisə yerinə baxış keçirilib, antibiotiklərin boş ampulaları, boş iynə qabları aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı