Azərbaycanda adam öldürən şəxsə 1 il 6 ay həbs cəzası verilib
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aftandil Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report” xəbər verir ki, hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, A.Sultanova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə irəli sürülmüş ittiham dəyişdirilərək, Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
ƏLAQƏLİ
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
A.Sultanova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib.
İttihama görə, Tovuz rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev həmyerlisi, 1984-cü il təvəllüdlü Aftandil Sultanov tərəfindən bıçaqlanaraq öldürülüb.
Belə ki, Elnur Mehdiyev Aftandil Sultanovun yaşadığı Abulbəyli kəndindəki evinin həyətində olan mağazaya oğurluğa girib. Kamera vasitəsilə onu görən Aftandil mağazaya gələrkən giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb, əlbəyaxa dava düşüb. Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla Elnur Mehdiyevə bir zərbə vurub. Elnur Mehdiyev onun əlindən çıxıb qaçsa da, aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölüb.
Aftandil Sultanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı