25.08.2018 - 20:28
Ölkə 1 baxış

Azərbaycanda 800 manata dövlət maşını satılır

Bir sıra dövlət qurumlarının balanslarındakı köhnə nəqliyyat vasitələri satışa çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Minval.İnfo-ya verilən xəbərə görə, Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluğun balanslarındakı nəqliyyat vasitələri hərrac yolu ilə sentyabrın 25-də satılacaq.

Hərracda ən ucuz avtomobil Milli Məclis Aparatının mətbəəsinə məxsusdur. Buraxılış ili 1995-ci il olan QAZ-31029 markalı avtomobil 800 manata satışa çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus, buraxılış illəri 1989-cu il olan dörd ədəd KAMAZ-55111 markalı nəqliyyat vasitəsinin satış qiyməti isə hər biri üzrə 3500 manatdır.

Hərracda Baş Prokurorluğa məxsus QAZ-31105-100 markalı avtomobil 2000, VAZ-21213 markalı avtomobil isə 1300 manata satılacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: