Azərbaycanda 2 hektar sahədə 1 ton narkotik bitki aşkarlandı
Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Xaş-Xaş-2020 tədbirlər planına uyğun olaraq, əməliyyat-axtarış tədbiri həyata keçirilib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması məqsədi ilə Xaş-Xaş-2020 şərti adı ilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirib.
Beləki, şöbənin əməkdaşları tədbirlər planına uyğun olaraq Ağsu rayonu Ərəbmehdibəy kəndi ərazisində yerləşən “Köhnə kolxozun gər bağı” adlanan yerdə 2 hektar ərazidə hər biri 100-150 sm hündürlükdə olan 2 600 ədəd, ümumi çəkisi bir ton olan yabanı halda bitərək yayılmış çətənə kolları aşkar edilib. Yabanı halda aşkar edilən çətənə kolları əraziyə cəlb edilmiş aqranom və hal şahidlərinin iştirakı ilə kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bu kimi tədbirlərin il ərzində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı