Azərbaycanda 19 yaşlı qız məktub yazıb evdən qaçdı
Azərbaycanda 19 yaşlı gənc qız məktub yazıb evdən qaçıb.
BiG.AZ xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Bizimləsən” verilişinə müraciət edən ana deyib.
O qeyd edib ki, mayın 28-də qızım evə məktub qoyub qaçıb: “O, məktubunda yazmışdı ki, hamınızı çox istəyirəm. Özünüzü qoruyun. Mən polis bölməsinə müraciət etdim. Bir qadın mənə zəng edib bildirdi ki, qızına səndən də yaxşı baxıram. Qızımın 19 yaşı var. Mən övladlarımı tək başına böyüdürəm. Qızımın evdən getmə səbəbini bilmirəm. Rəfiqəsi onu aldadıb evdən aparıb. O, rəfiqələri ilə şəhərdə tez-tez gəzirdi. Qızım orta təhsillidir. Paltarlarını çemodana yığıb gedib. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb. Evdən 1500 manata qədər pul da götürülüb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO