“Azərbaycanca danışmaq 10, türkcə isə 700 manatdır”- Erkinin atmacasına cavab verdi
Türkiyənin tanınmış komediya ustası Cem Yılmazın Bakı konserti müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, onun xalq artisti Miri Yusiflə bağlı zarafatı birmənalı qarşılanmayıb. Mətbuat konfransında aktyorun “Bir həftə Bakıda qalsam, Miri Yusif kimi xalq artisti olaram” sözləri və konsertdə “Məndən min dənədir” oxuması izləyilərdə iki fikir formalaşdırıb. Kimisi Cemin zarafatlarını normal qəbul etsə də, bəziləri komediya ustasını qınayıb.
Xalq artisti Miri Yusif də konsertin biletinin fotosunu paylaşaraq bu gün konsertə gedəcəyini bildirib.
Yılmaz konfransda gənc vayner Erkin Ergindən də bəhs edib. Aktyor, Erkinin stand-up şouda ona söz atmasından bəhs edib:
“İstanbulda təşkil olunan bir stand-up şouda azərbaycanlı aktyor deyib ki, azərbaycanca danışmaq 10, türkcə danışmaq 700 manatdır. Mən də bilet qiymətini eşidəndə düşündüm ki, yəqin Tarkanla birlikdə gedirəm”.
İstanbulda deyil, ATV-də yayımlanan “Stand-up şou” adlı verilişdə təqdim olunan sözügedən səhnəciyi Erkin sosial şəbəkədə paylaşaraq “İzləmiş” şərhini yazıb.
Konsert zamanı Yılmaz müğənni Rauf Əhmədova da söz aıb. O, Raufu “Azərbaycanın Tarkanı” adlandırıb.
Yılmaz Aygün Kazımova ilə İradə İbrahimovanı da tanıdığını dilə gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!