Azərbaycana ərzaq məhsullarının arasında güllə keçirmək istədilər - Video
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “Mercedes Benz S350” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan Minval..info-ya verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında – sellofan torbada, üzərində “Premium LEPUS JK6 cal 12” yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində “Exact heavy diabolo cal 177” yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
https://youtu.be/uvnm4xDbkhA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İşəgötürənlərin vəzifələri artırılıb
Sabah bu yollar bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
Prezident İlham Əliyev səfirlikdəki hadisəni terror hücumu adlandırdı
Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
Sürücülərin nəzərinə
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib