Azərbaycan və Türkiyə məşhurları İstanbulda mükafatlandırılacaq
II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri gecəsi keçiriləcək Dekabrın 18-də İstanbulda II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri mükafatlandırma gecəsi keçiriləcək.
Minval.info xəbər verir ki, məqsədi iki qardaş ölkənin ən yaxşılarını seçmək olan gecə ”Eresin Hotels Topkapı”’da baş tutacaq.
Siyasətçilər, iş adamları və sənətçilərin mükafat alacağı tədbirə qatılanlar arasında türkiyəli məşhurlar Seren Serengil, Yılmaz Morgül, Cengiz Semercioğlu, Yaşar İpek, Wilma Elles, Selin Ciğerci, Ezo, Hakan Peker, Altan Gördüm yer alır.
“BHS Group”un rəhbəri Atakan Taşur ilə “Can” Media Qrupun rəhbəri Aysel Nazimin təşkil etdiyi tədbirdə sosial yardıma ehtiyacı olanlar üçün addımlar da atılacaq. Ötən gün Atakan Taşur ilə birlikdə Kelebek Çocuklar Dərnəği tərəfindən mükafata layiq görüldüklərini deyən Aysel nazim xeyriyyə aksiyalarının davamlı olacağını, II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri sayəsində bir çox xəstə və imkansıza kömək olacaqlarını bildirib. Qeyd edək ki, tədbirin aparıcılığını Merve Akıncı və Şəhriyar Əbilov edəcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi



