Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə saxlanıldı - VİDEO
Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, 1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, cəhdi boşa çıxıb.
Onun üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr müsadirə olunub.
Azərbaycan vətəndaşını 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı