Azərbaycan və Mərkəzi Asiya: Strateji əlaqələr güclənir
Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələr yeni bir mərhələyə qədəm qoyur. Bu yeni mərhələ, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələndirilməsi, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində formalaşır. Xüsusilə, “C5-dən C6-ya keçid” Azərbaycanın regional rolunun yeni mərhələsini əks etdirir.
Minval.info xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu barədə açıqlama verib. O, Azərbaycanın xarici siyasətində yeni regional baxışın formalaşdığını vurğulayıb. Cənubi Qafqaz və Mərkəzi Asiya artıq bir-birindən ayrı geosiyasi məkanlar deyil, getdikcə daha sıx inteqrasiya olunan vahid iqtisadi və nəqliyyat məkanı kimi çıxış edir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yaxınlaşma yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, xalqlar arasında tarixi, mədəni və mənəvi bağların daha da möhkəmlənməsi ilə müşayiət olunur. İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi münasibətlərin mühüm istiqamətlərindən biridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk beş ayında da ticarət dövriyyəsində 33 faizlik artım qeydə alınıb.
İnvestisiyaların qarşılıqlı şəkildə artırılması, birgə müəssisələrin yaradılması və müxtəlif sahələrdə yeni layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi münasibətlərini daha da şaxələndirir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, həm də istehsal və investisiya zəncirlərinin formalaşdırılmasına xidmət edir.
Pərvanə Vəliyeva qeyd edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən Orta Dəhlizdə mühüm mövqeyə malik olması, Özbəkistanın isə Mərkəzi Asiyanın nəqliyyat və iqtisadi potensialı ilə çıxış etməsi iki ölkəni daha geniş regional bağlantıların əsas iştirakçılarına çevirir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası regionun nəqliyyat xəritəsində mühüm dəyişiklik yarada bilər.
Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında yaradılan “Yaşıl Dəhliz” təşəbbüsü Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Avropa bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət daşıyır. Xəzər dənizinin dibi ilə enerji bağlantılarının yaradılması perspektivi isə bu əməkdaşlığın uzunmüddətli geoiqtisadi əhəmiyyətini daha da artırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı
Suriyadan Azərbaycana 13 vətəndaşın repatriasiyası baş tutdu