10.08.2018 - 13:53
Maqazin
19 baxış
Azərbaycan şou-biznesinin gənc baba və nənələri - SİYAHI
Əməkdar artist Rafael İsgəndərov bu gün baba olub. “Bu şəhərdə”nin aktyorunun qızı Gülarənin qız övladı dünyaya gəlib.
Qeyd edək ki, Rafael İsgəndərov bununla Azərbaycan şou-biznesinin ən gənc babaları sırasında yer alıb. Tanınmış aktyor bu statusu 46 yaşında qazanıb.
Azxeber.com Azərbaycan şou-biznesinin gənc baba və nənələri ilə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki:
“Bu şəhərdə”nin digər siması, əməkdar artist Coşqun Rəhimovun 3 il öncə qız nəvəsi dünyaya gəlib.
Populyar müğənni Elariz Məmmədoğlu şou-biznesin cavan babalardandır. Müğənninin qızı iki oğlan övladı dünyaya gətirib.

Məşhur müğənni Nazənin Salayeva şou-biznesin cavan nənələrindəndir. Müğənninin ikinci qız nəvəsinə onun adını veriblər.

Əməkdar artist, tanınmış bəstəkar və müğənni Elza Seyidcahan da gənc nənələrdəndir. Əməkdar artistin qızı Gülşən iki il öncə qız övladı dünyaya gətirib.
Azərbaycanın xalq artisti Eyyub Yaqubov 4 il öncə, 49 yaşında baba olub. Müğənni özü bu barədə mətbuata açıqlamasında bildirib ki, nəvəsinin adı Tahirdir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sevda Yahyayevadan səmimi və unudulmaz konsert gecəsi
12.09.2026 - 22:25
Çin-İran əlaqələri: ABŞ bazasının görüntü qalmaqalı
12.09.2026 - 21:01
Payız yorğunluğu: Halsızlığın gizli səbəbləri açıqlandı
12.09.2026 - 20:33
Aktyor Faiq Mirzəyev oğluna möhtəşəm toy etdi
12.09.2026 - 19:58
Xəyalə Quliyeva qayda pozuntusuna görə cərimələndi
12.09.2026 - 18:55
48 məktəb yeni tədris ilində distant təhsilə keçir
12.09.2026 - 18:34
Bakıda dəhşətli qəza: Qadın həyatını itirdi
12.09.2026 - 17:59
Toyota Bakı Mərkəzində 610 minlik fırıldaq qalmaqalı
12.09.2026 - 16:07

