Azərbaycan Prezidenti: "Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır"
“Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.
“Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq – İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi.
Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”, – Ölkə başçısı qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO