Azərbaycan ordusu Zəngəzurun qapısında: "Sabah gec olacaq"
Sünik bölgəsinin (tarixi adı Zəngəzur- red) şəhər və icmalarının rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb ediblər.
Bu barədə sözügedən qurumların yaydıqları bəyanatda bildirilib.
Müraciətdə deyilir ki, Ermənistan fəlakət içindədir, Zəngəzur təhlükə altındadır: “Sünik üçün bu taleyüklü günlərdə çoxsaylı suallar cavabsız və həll olunmamış qalır. Bir sıra mübahisəli sərhəd məsələləri var”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
İcma rəhbərləri müraciətlərində Ermənistanın Zəngəzurun itirilməsi təhlükəsi qarşısında qaldığını iddia edirlər:
“Qarabağ savaşında məğlub olduq, minlərlə qurban, itkin düşmüş şəxs, çoxsaylı iqtisadi və humanitar problemlər var ki, onların həlli bizim çiyinlərimizə düşür. Düşmən (Azərbaycan) Sünikin qapılarına çatıb. İndi ən vacib vəzifəmiz Süniki qorumaqdır.
Hər dəqiqə vacibdir – nəticələr geri dönməz ola bilər. Bu vəziyyətdə bizi təhdid edən fəlakəti mövcud hakimiyyətlə aradan qaldırmağın mümkün olmadığını hər gün görürük və bu səbəbdən Nikol Paşinyan və hökumətin istefasını tələb edirik. Söhbət siyasi spekulyasiyalardan deyil, vətəni xilas etməkdən gedir. Sabahın çox gec ola biləcəyini başa düşürük”. /Teleqraf
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda