Azərbaycan millisinin üzvü qətlə görə axtarışa verildi
Dağıstanda 27 yaşlı Abdulbasir Omarovun qətlindən şübhəli bilinən şəxslərin adları açıqlanıb.
Qətllə bağlı 25 yaşlı Surakat Asiyatilov, onun 26 yaşlı qardaşı Hüseyn Asiyatilov və 24 yaşlı Nurmaqomed Hacıyev axtarışa verilib.
“Bu şəxslərin axtarışa verilməsi barədə əmr 26 iyunda imzalanıb. Buna qədər informasiya dəqiqləşdirilirdi”- deyə, Dağıstanın Daxili İşlər Nazirliyi açıqlama verib.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Abdulbasir Omarov iyunun 23-də “Maxaçqalavodokanal” şirkətinin ərazisində öldürülüb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” və “odlu silahın qanunsuz dövriyyəsi” maddələri ilə iş açılıb.
Xatırladaq ki, axtarışa verilən şəxslərdən 24 yaşlı Nurmaqomed Hacıyev sərbəst güləş üzrə Azərbaycan milil komandasının üzvüdür. O 2018 və 2019-cu illərdə 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb. (Modern.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq