Azərbaycan klubu azyaşlı futbolçulara qida rasionu kimi enerji içkisi verir FOTO
Azərbaycanda futbol klubu azyaşlı oyunçularına qida rasionu kimi enerji içkisi verir.
Musavat.com-un xəbərinə görə, bu barədə “Xocalı” Futbol Klubunun “Facebook” səhifəsi məlumat yayıb.
“Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlığı ilə yayılmış fotoda azyaşlı oyunçuların enerji içkisi ilə qidalandığı görünür. Bu isə azyaşlıların orqanizmi üçün zərərli hesab edilir.
Onu da bildirək ki, artıq həmin şəkli klub öz səhifəsindən silib.
Qeyd edək ki, Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Xatırladaq ki, “Xocalı” Futbol Klubu Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərir. Klub yalnız aşağı yaş qruplarından ibarət komandalarla təmsil olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"