Azərbaycan-Gürcüstan sərhədində dəhşətli tıxac: İnsanların halı pisləşdi - FOTOLAR

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb.
BakuPost xəbər verir ki, tıxac Gürcüstan tərəfdən Azərbaycana keçid zamanı müşahidə olunub. Belə ki, qonşu ölkədən Azərbaycana keçmək istəyənlər saatlarla gözləməli olub. Sərhədi keçmək istəyən insanlar ölkəyə demək olar ki, 1-1 və uzun müddət ərzində yoxlanılaraq buraxılıb. Maşınlar isə saatlarla növbədə gözləməli olub. Böyük insan və maşın tıxacının yaranması isti havada gözləyən insanların səhəttində ciddi problemlər yaradıb. Bir neçə nəfərin halı pisləşib və ətrafdakı insanlar ona müdaxilə ediblər.
Qeyd edək ki, hər il yay ayları ərzində Azərbaycan-Gürcüstan sərhədində anoloji hal yaşanır. Buna səbəb isə Azərbaycandan Gürcüstana turist axının olmasıdır.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşada şəhid olan əsgərlə vida mərasimi keçirilir
Bakıda canavar insanlara hücum etdi - VİDEO
Direktorların qazanc yeri: Vakant yerlər necə gizlədilir?