25.08.2021 - 11:56
Maliyyə 3 baxış

Azərbaycan banklarının xalis xarici aktivləri il ərzində 13,5 % artıb

Bu il avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 milyard 963,6 milyon manat təşkil edib.

“Minval.info” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 3,7 %, ilin əvvəlinə nisbətən 0,8 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,5 % çoxdur.

İyulun sonuna bankların xalis daxili aktivləri 12 milyard 543,7 milyon manat olub ki, bu da, iyunun sonu ilə müqayisədə 4,5 %, ilin əvvəlinə nisbətən 20,9 %, illik müqayisədə isə 25,5 % çoxdur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: