Azər axşamın ölüm xəbəri yenidən gündəmdə: "Bu xəbərləri kim və niyə yayır?
Aparıcı və aktyor Azər Axşamın ölüm xəbəri yenidən gündəmə gəlib. Bu barədə yayılan məlumatlara cavab olaraq, Azər Axşam öz sosial media hesabında açıqlama verib.
Minval.info xəbər verir ki, sənətçi yayılan xəbərlərin mənbəyini və məqsədini anlamadığını bildirib. O, bu xəbərlərin kim tərəfindən yayıldığını və bunun hansı məqsədə xidmət etdiyini sorğulayıb: “Çox maraqlıdır ki, bu xəbərləri kim yayır və onların qazancı nə olur? Allah onlara hidayət versin. Bu gün bir jurnalist xanım zəng edib dedi ki, Azər müəllim, yenə sizin ölüm xəbəriniz yayılıb.”
Azər Axşam, bu cür xəbərlərin artıq dəfələrlə yayıldığını və yalnız onunla deyil, digər sənətçilərlə də bağlı belə xəbərlərin yayıldığını vurğulayıb. O, hər şeyin yaxşı olduğunu və hər kəsə can sağlığı arzuladığını əlavə edib: “Canı verən də, alan da Allahdır. Hər kəsə can sağlığı arzulayıram.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım