Aytənin qardaşı faciəvi şəkildə ölübmüş - Video
Aparıcı Aytən Səfərova “Üçümüz” verilişində qonaq olub.
Minval.info xəbər verir ki, aparıcı ona ünvanlanan “Neçə kiloqramsınız” sualına əsəbiləşib. O, “Yoldaşımın qaldıracağı kilodayam: həm fiziki, həm mənəvi. Narahat olmayın. Hər qadın çəkisindən asılı olmayaraq, hər kişinin gücünə görə deyil” sözlərini deyib.
Səfərova daha sonra bir qardaşının dünyasını dəyişməsindən bəhs edərək ağlayıb:
“Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları aparırdı Rusiyaya işləməyə. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənimlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi.
O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin. Çox qorxuludur. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim su olur. 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım”.
https://www.youtube.com/watch?v=LHKlrcUntWM&fbclid=IwAR3kUlyOjpHNXiNJ4RDVkxhYFgSvFAb3PDnwaegg6HBHDZ4NT-pDn2eF4fs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır