Aysun İsmayılova dələduzluğun qurbanı oldu: 12 minlik zərər!
Müğənni Aysun İsmayılova dələduzluq hadisəsi ilə üzləşdiyini açıqlayıb. O, evindəki mebelləri yeniləmək məqsədilə ustalarla razılaşdığını, lakin onların 12 min manat dəyərində mebelləri apararaq, təmir üçün 5 min manat aldığını bildirib.
Minval.info xəbər verir ki, Aysun İsmayılova mebellərin bir ay ərzində hazır olacağı vəd edilsə də, ustalarla əlaqə saxlamağın mümkün olmadığını qeyd edib. Müğənni bildirib ki, fevral ayı gəldikdə, nə mebellər geri qaytarılıb, nə də ödəniş geri alınmışdır. Bu səbəbdən, o, hüquq-mühafizə orqanlarına müraciət edib.
Aysun İsmayılova daha sonra ustaların mebelləri 6 ay sonra geri gətirdiyini, lakin ödədiyi 5 min manatı qaytarmaqdan imtina etdiklərini vurğulayıb. O, bu məsələnin hüquqi yolla həll olunması üçün addımlar atdığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır