12.07.2018 - 14:29
Maqazin
29 baxış
Ayselin işləyəcəyi yeni telekanal məlum oldu: iki veriliş aparacaq
Ötən gün “Space” televiziyasından ayrıldığını açıqlayan aktrisa-aparıcı Aysel Nazimin yeni iş yeri məlum olub. Aparıcı ATV-də işə başlayıb, o, artıq hava proqnozunu təqdim edir.
Minval.info-ya yeni işi haqqında danışan Aysel iki veriliş təqdim edəcəyini deyib: “Space”dən dostcasına ayrıldım. ATV-dən təklif gəldi, sevə-sevə qəbul etdim. Hazırda hava proqramını təqdim edirəm. Yeni mövsümdən isə yeni verilişlə tamaşaçıların görüşünə gələcəyəm”.
Qeyd edək ki, Aysel illər öncə ATV-də idman xəbərlərinin aparıcısı olub. Daha sonra “Xəzər” və “Space” televiziyasında çalışıb.
Son olaraq “Aysellə kokteyl”, “İdman hamı üçün“ və hava proqnozunu təqdim edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
27.10.2026 - 12:14
Məşhur aktyora ağır itki üz verdi
24.10.2026 - 14:54
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
20.10.2026 - 10:14
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
25.09.2026 - 12:37
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03