Ayselin intihara cəhdi ilə bağlı Nurlan Libre və həyat yoldaşı prokurorluğa çağırılıb
Feminist Aysel Ələkbərzadənin intihara cəhd etməsi faktı ilə bağlı Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə prokurorluğa çağırılıblar.
Minval.info xəbər verir ki, bu barədə Nurlan Libre özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
O bildirib ki, həyat yoldaşı Əsli Əlizadə ilə birgə Yasamal rayon Prokurorluğuna çağırılıblar.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, bu gün səhər saatlarında feminist gənc, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə yaşadığı binanın ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunur ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.
A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda