Aysel Əlizadə: "Heç kimin sevgilisini əlindən almamışam"
“ATV maqazin 10-larla” proqramının “Onlarla üç dəqiqə” rubrikasının qonağı müğənni Aysel Əlizadə olub. Onun şəxsi həyatı ilə bağlı verdiyi açıqlama söz-söhbət yaradıb.
Müxbir Ayselə kiminsə sevgilisini əlindən alması barədə sual ünvanlayıb.
“O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram, aciz qızların işidir. Bilib-bilmədən danışılanlar incidir məni”, – müğənni cavabında qeyd edib.
A.Əlizadə bildirib ki, “Porsche” markalı avtomobilini özü alıb:
“Avtomobilimi özüm almışam, yeddi ildir onu sürürəm. Özüm özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını edim”.
Qeyd edək ki, “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində Turanə Nəcəfova adlı xanım “Yetim” ləqəbli biznesmen əri Elçinin Aysel Əlizadə ilə eşq yaşadıqlarını iddia etmiş, bu isə geniş rezonans doğurmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır