"Aylıq qazancım ancaq kirayə puluna çatır" - Azərbaycanlı model
“Nazik mətləb” filmində yaratdığı obrazla tanınan, model Rüstəm Cəbrayılov müzakirələrə səbəb olacaq paylaşım edib.
Minval.info xəbər verir ki, uzun müddətdir işsiz olduğunu bildirən aktyor çətin durumda olduğu barədə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib:
“Ayın sonuna qazancım ancaq kirayə puluna çatır. Bir ildir ki, vətənimdə daimi bir iş tapa bilmirəm. Yəqin ki, birdəfəlik cıxıb getmək məcburiyyətində qalacağam. “Green cart”ım da, Avropa ölkələrinə vizalarım da var. Bu günə qədər film və modellik sahəsində gördüyüm önəmli işlər isə özüm üçün kiçik bir xatirə kimi qalar. Gələn il üçün təsdiqləndiyim iki böyük filmdən də imtina edirəm. Onsuz da söhbət pula gələndə kəsib-tökürlər, məcburiyyətdən razılaşıram. Bəlkə gəlsəm, baş rolunu canlandırdığım “Xocalı” ilə bağlı və eyni zamanda 20 Yanvarla bağlı filmimin təqdimatına gələrəm. O da bu küskünlüklə, nə bilim Vallah… Nə “CV”-mə cavab gəldi, nə də ki məktublarıma…”.
Bununla bağlı Rüstəm bəylə əlaqə saxlamağa çalışdıq. Model Lent.az-a açıqlamasında dedi ki, o, depressiyadadır:
“Uzun müddətdir işsizəm. Bu cür paylaşımları çox vaxtı yayımlayıram. Çox təəssüf edirəm ki, ölkədə aktyora layiqli dəyər verilmir. Həmişə belə olub. 16 ildir bu sahədəyəm. Dəyər verilmir, verilməyəcək də. Ona görə depressiyadayam. İki layihəm gələn ay təqdim olunacaq. Ondan sonra Allaha pənah”.
Qeyd edək ki, 36 yaşlı Rüstəm Cəbrayılov “Best model of the world” müsabiqəsinin qalibidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi