Aygün Kazımovadan 34 il sonra “Ey mənim dünyam” - Video
Xalq artisti Aygün Kazımova 34 il sonra yenidən “Ey mənim dünyam” mahnısını səsləndirib.
Minval.info xəbər verir ki, pop diva ilk dəfə 1988-ci ildə oxuduğu mahnıya yeni nəfəs verib.
“İlk mahnım, ilk hitim, “Bakı payızı 88” yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz” deyə, Kazımova bildirib.
Pop ulduz bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb.
Qeyd edək ki, mahnının musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Quliyevə məxsusdur. “Remake” versiyanın aranjimanı isə Hakan Erola aiddir.
Aygün Kazımova “Ey Mənim Dünyam” mahnısı üçün fərqli obrazda, yeni fotosessiya da etdirib.
https://www.youtube.com/watch?v=Yr4otxB7wDo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toyota Bakı Mərkəzində 610 minlik fırıldaq qalmaqalı
Məşhurların olduğu təyyarə təcili eniş etdi
İctimai nəqliyyatda yeni dövr: Brutto modeli gəlir
Məzunlar niyə müəllimlikdən qaçır?
Azərbaycanda işıq pulu tarixinə son qoyula bilər
Ledi Qaqa ilk dəfə ana oldu!
Çetin Tekindor xəstəxanada, serialda dəyişiklik var