Aygün Kazımova “Sağ-salamat” dedi - Video
Xalq artisti Aygün Kazımova hər zamankı kimi bu il də ənənəsinə sadiq qalıb. Ölkənin əsas ulduzu ad günündə sevənlərinə sürpriz edərək, yeni klipini onların ixtiyarına verib.
Minval.info xəbər verir ki, “Sağ-salamat” adlanan mahnının ekran həlli türkiyəli məşhur rejissor Selim Akara həvalə olunub. Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu).
Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb. Klipdə rəqqaslar, aktyorlar rol alıb.
Bir ay içində ikinci klipini təqdim edən müğənni ekran işində obrazdan obraza girib. Bir neçə geyimdə kamera qarşısına keçən ulduz üçün libaslar xüsusi hazırlanaraq xaricdən gətirilib. Pop diva əl işi olan taclarla görünüşünü tamamlayıb.
Çəkiliş zamanı A.Kazımova bir çox çətin səhnələri oynayıb. Qədəh üzərində uzandığı görüntülərin lentə alınması isə ifaçıya çətin anlar yaşadıb.
“Sağ-salamat” artıq dijital platformalarda da satışdadır.
https://www.youtube.com/watch?v=0v57Ajpa7JA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır