“Aygün Kazımova gərək səhnədən gedəydi” – Tolikdən sərt sözlər
Roza Zərgərlinin Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi “Altın Kelebek”də iştirak etmək hüququ əldə edəcəyi təqdirdə sürpriz addım atacağı fikirləri Tarix Əliyevi (Tolik) bərk qəzəbləndirib.
Milli.Az xəbər verir ki, prodüser aparıcısı olduğu “Hər şey daxil”də Rozanı işlətdiyi kəlməyə peşman edib.
Tolik işləri plana uyğun gedəcəyi təqdirdə Rozanın sürprizinin Aygün Kazımovaya hesablandığını iddia edərək, bu il xalq artistinin sözügedən mükafata əsas namizəd olduğunu qeyd edib:
“Rozada öldürdü bu sürprizləri ilə. “Maşın”ın qalibi oldu, verdi kiməsə. Roza, məgər Aygün Kazımova 30 ilin bu səhnəyə verdi ki, sən qalib gəlib nominasiyanı ona verəsən? Onda Aygün Kazımova gərək səhnədən gedəydi. Birincisi onu Aygün xanım heç vaxt qəbul etməzdi. Aygün Kazımova o qədər özünə arxayın idi ki, bilirdi ki, 7 yox e, 70 namizəd də … Röya yox idi o siyahıda, var idisə …”
Xatırladaq ki, A.Kazımova Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib. “Diva”ya ötən bazar günü “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim edilib.
Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!