Aydın Xırdalanlı ağır xəstəliyə tutuldu
Tanınmış meyxanaçı Aydın Xırdalanlı ağır xəstəliyə düçar olub.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, özəl xəstəxanaların birinə aparılan meyxanaçıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb.
Saytımıza açıqlama verən A. Xırdalanlı xəbəri təsdiqləyib:
“Özümü yaxşı hiss etmirdim, müayinə olundum və qan analizi verdim. Həkimlər məndə “Hepatit C” aşkarladı. Ağır xəstəlikdir, həkimlər deyir ki, xəstəliyin üstünə tez düşmək lazmdır. Hələ ki, dərdim yeni aşkarlanıb, müalicələrə başlamalıyam”.
Xırdalanlı narkotik asılılıqdan da müalicə olunduğunu bildirib:
“80 faiz narkotikadan uzaqlaşmışam, qalıb 20 faiz. İndi də bu xəstəlik çıxdı, amma məni həmişə Allah saxlayıb, bütün bəlalardan qoruyub. Özü də necə lazımdı… Dostlarım da həmişə mənə bunu deyib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
