"Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir"
“Kişilər arıq bəyənmir. Deyirlər ətli-canlı olsun. Amma qadının arıqlığı onun gözəlliyidir. Kök qadınları təhqir etmirəm, lağa qoymuram. Amma onlara təzyiq edirəm ki, arıqlasınlar”.
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva instaqramda canlı yayımda deyib. Sənətçi arıq olmasını tənqid edənlərə cavab verib.
Pərvin “Arıq adamların bədənindən iy gəlir” yazan istifadəçiyə “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir. Görünüşə görə mühakimələr gətirib estetiki ortaya çıxardı. O qədər insanları qınadınız ki, estetik etdilər. İndi də başladınız estetik etdirənləri qınamağa” cavabını verib.
Dünyaca məşhur müğənni Şakira və “Braziliya”nın futbolçusu Jerar Pikenin ayrılması haqda danışan Abıyeva “Şakira bilmirdi ki, bütün günü evdə oturub uşaqlara pankek bişirəndə ona xəyanət ediləcək?” sözlərini söyləyib.
Açıq-saçıq geyimlərdən danışan aktrisa “Son vaxtlar Hollivuda baxın, nə gündə geyinirlər. Geyimdən-geyimə fərq var. Rihannanın hamilə halda geyindiklərini bəyənmirəm. Sevmirəm hamilə qadınların soyunub fotosessiya etməsini. Bu ananın müqəddəsliyini zədələyir” sözlərini söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin-İran əlaqələri: ABŞ bazasının görüntü qalmaqalı
Payız yorğunluğu: Halsızlığın gizli səbəbləri açıqlandı
Aktyor Faiq Mirzəyev oğluna möhtəşəm toy etdi
Xəyalə Quliyeva qayda pozuntusuna görə cərimələndi
48 məktəb yeni tədris ilində distant təhsilə keçir
Bakıda dəhşətli qəza: Qadın həyatını itirdi
Toyota Bakı Mərkəzində 610 minlik fırıldaq qalmaqalı