Axtarışda olan Afət Fərmanqızı Azərbaycana qayıdır
Müğənni Afət Fərmanqızı növbəti dəfə sosial şəbəkədə müzakirələrə səbəb olacaq paylaşım edib.
Lent.az xəbər verir ki, o, Azərbaycana gələcəyi barədə məlumat yayıb.
Müğənni paylaşımın üzərinə “gəlirəm Azərbaycana 2-3 günlük. Məni axtaranlar gəlsin aeroporta”, – qeydini yazıb.
Hətta izləyicilərdən bəziləri “Bəs deyirdilər səni Azərbaycandan sürgün ediblər…” kimi şərhlər yazıb.

Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızının barəsində xüsusi ittiham qaydasında şikayət ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Afət Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.
Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur aktyorun noutbuk oğurluğu qalmaqalı
Toyota və Lexus etibarlılıqda zirvədədir!
Azərbaycanın "Ayrılıq" mahnısı Türkiyə serialında səsləndi
Bunker filmi Venesiyada 16 dəqiqə alqışlandı
Ağasif Məmmədovun məhkəməsi: Ütü ilə zorakılıq qalmaqalı
Yüsra Geyikdən Kıvanç Tatlıtuğla bağlı etiraf!
Qusarda toy sonrası dava: Bir nəfər xəsarət aldı