“Axırda da hamının qarşısında səni öldürür”

Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında qadına qarşı zorakılıq mövzusu ilə bağlı paylaşım edib.
Minval.info xəbər verir ki, sənətçi şiddət görən qadınlara bu əziyyətə səssiz qalmamalarını, aidiyyatı qurumlara müraciət etmələrini qeyd edib:
“Heç bir kəs düşünməsin ki, qadın zəifdir və onu əzə bilər. Bəzi hallarda yanınızdakı dostlar “heç nə edə bilməzsən”, “onsuz həmişə belə olacaq”, “Döz! Döz! Döz!” deyəcək. Axırda da gəlib hamının qarşısında səni öldürür. Ona görə də heç kimə qulaq asmayın. Hər bir insanın qorxduğu yer, şəxs var əlbət. Ən əsası qanun var. Nə badə siz şiddət görüb də susasız. Anında lazımi qurumlara müraciət edin. Mən də sizin yanınızdayam!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!