21.08.2019 - 23:29
Hadisə
19 baxış
Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı
Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Qubanın Rustov kəndində 4 yaşlı uşağı avtomobil vurub.
Xəsarət alan azyaşlını yaxınlıqdakı qonşusu 28 yaşlı Rustov kənd sakini Emin Əzizov xəstəxanaya çatdırmaq istəyib. Azyaşlının anası, dayısı və nənəsi olan, Emin Əzizovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil bir müddət sonra dirəklərə çırpılıb. Hadisə nəticəsində azyaşlı və sürücü həyatını itirib. Avtomobildə olan 3 nəfər sərnişin müxtəlif xəsarətlər alıb. Hazırda onların müalicəsi Quba Mərkəzi rayon Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24