Avropalı pop ulduz Azərbaycanda deputat olmaq istəyir - FOTO
“Papito” mahnısı ilə nəinki Avropada, eləcə də Azərbaycanda məşhurlaşan əslən rumıniyalı müğənni Seya paylaşımı ilə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, tez-tez Bakıya gələn müğənni Milli Məclisin önündə foto çəkdirib.
Həmin şəkli şəxsi “İnstagram” hesabında yayımlayan pop ulduz paylaşımına ingilis dilində: “Mən yeni Azərbaycan Parlamentinə daxil olmaq istəyirəm. Siz necə düşünürsüz?” sözlərini yazıb.
Seya bu addımı izləyicilərini həm güldürüb, həm də təəcübləndirib. Onun bu sözləri eyni zamanda qıcıq da yaradıb.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Növbədənkanar seçkilərdə üzvlərin gəncləşəcəyi ilə bağlı müxtəlif məlumatlar dərc olunub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!